Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.01.2026 | 22:30 | Baxılıb: 1092
Birləşmiş Ştatlar İsraillə HƏMAS arasında atəşkəsə nəzarət etmək və Qəzza zolağına humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün yaradılmış Mülki-Hərbi Koordinasiya Mərkəzinin (CMCC) İsraildəki fəaliyyətini dayandırmaq niyyətindədir.

“gece.ws” xəbər verir ki, bu haqda “Reuters” mənbələrə istinadən  məlumat yayıb.

Bu qərara ABŞ prezidentinin təklif etdiyi dalana dirənmiş sülh planı səbəb olub. Digər amillər arasında HƏMAS-ın silahı yerə qoymaqdan imtina etməsi də var.

Mərkəzin funksiyaları ABŞ komandanlığı altında Beynəlxalq Stabilləşdirmə Qrupuna veriləcək. ABŞ hərbi kontingentinin 190 nəfərdən 40 nəfərə endirilməsi, qalan vəzifələrin isə digər ölkələrin mülki mütəxəssisləri tərəfindən tutulması gözlənilir. Mərkəzin adının dəyişdirilərək Beynəlxalq Qəzzaya Dəstək Mərkəzi olacağı gözlənilir. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.