
“gece.ws” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumatda səfirliyin atəşə tutulduğu və üzərində tüstü müşahidə edildiyi bildirilir.
Bundan başqa, İran Küveyt ərazisində ABŞ-yə məxsus F-15 qırıcı təyyarəsini vurduğunu açıqlayıb.
Yayımlanan görüntülərdə vurulan qırıcının yerə düşdüyü, təyyarənin iki pilotunun isə katapult etdiyi əks olunub.
***
Küveytin Müdafiə Nazirliyi bir neçə ABŞ qırıcısının qəzaya uğradığını, lakin bütün ekipaj üzvlərinin sağ qaldığını açıqlayıb.
Bu bəyanat Küveytdə ABŞ-yə məxsus bir qırıcı təyyarənin qəzaya uğramasını və pilotun paraşütlə yerə enməsini əks etdirən görüntülərin yayılmasından sonra səsləndirilib.
ABŞ tərəfi xəbəri şərh etməyib.
***
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) ölkənin 3 “F-15E” qırıcısının Küveytdə qəzaya uğramasını təsdiqləyib.
Bildirilib ki, həmin təyyarələr Küveytin hava hücumundan müdafiə vasitələri tərəfindən səhvən vurulub. Hadisə aktiv döyüş əməliyyatları zamanı qeydə alınıb.
Küveyt hadisə ilə bağlı araşdırma başladıb.