
“gece.ws” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yayıb.
“SEPAH-ın Aerokosmik Qüvvələri 12 ballistik raketlə Əl-Əzraq hava bazası və komandanlıq mərkəzində ABŞ-yə məxsus F-35, F-15 və F-16 qırıcılarının yerləşdiyi məntəqələrə, eləcə də ABŞ ordusunun əsas obyektlərinə zərbələr endirərək, bu obyektləri və çoxlu sayda qırıcını məhv edib”, - bəyanatda deyilir.