Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.12.2026 | 15:29 | Baxılıb: 1228
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin əvvəlində imzalana bilər. 

“gece.ws” xəbər verir ki, bu barədə “CBS News” telekanalı mənbələrə istinadən məlumat yayıb.

İmzalanmanın Fransada keçiriləcək “Böyük Yeddilik” (G7) sammitinin günlərində - 15-17 iyun tarixləri arasında baş tuta biləcəyi bildirilir. Memorandumun imzalanması üçün mümkün yer kimi İsveçrənin Cenevrə şəhərinin nəzərdən keçirildiyi iddia olunur. 

Sammit isə Fransanın Alp dağlarının ətəyində yerləşən Evian şəhərində keçiriləcək. 

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranla müharibəyə son qoyduqlarını, nüvə silahı məsələsində razılığın əldə olunduğunu bəyan edib. İran tərəfi də anlaşma memorandumunun əsas bəndlərinin razılaşdırıldığını təsdiqləyib

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.