Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.04.2026 | 13:58 | Baxılıb: 2363
ABŞ və İsrail İranın cənub-qərbində yerləşən Xuzestan əyalətinin Mahşəhr limanındakı neft-kimya müəssisələrinə zərbələr endirib.

“gece.ws” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Xuzestan əyalətinin qubernator müavini məlumat yayıb.

Hücumlar nəticəsində azı 5 nəfərin yaralandığı bildirilir. 

Bundan başqa, İsrail Tehranda hava hücumundan müdafiə sistemləri və zenit raketlərinin saxlandığı anbarı hədəf alıb. Şəhərdə ballistik raketlərin saxlandığı obyektin, həmçinin silahların işlənib hazırlanması və istehsalı ilə bağlı bir neçə müəssisənin vurulduğu bildirilir. 

Digər bir hücum nəticəsində isə atılan mərmi “Buşehr” AES-in ərazisinə yaxın yerə düşüb. Hücum nəticəsində  atom stansiyasının mühafizəçilərindən biri həlak olub, lakin əsas obyektlər zədələnməyib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.