Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.07.2026 | 15:36 | Baxılıb: 2521
İranın Xarq adasında bir neçə partlayış baş verib.

“gece.ws” xəbər verir ki, “Mehr” agentliyi partlayışların ABŞ və İsrailin hava zərbələri nəticəsində meydana gəldiyi barədə məlumat yayıb. 

“ABŞ-İsrail qüvvələri Xarq adasına bir neçə hücum həyata keçirib və adada bir neçə partlayış səsi eşidilib”, - məlumatda deyilir. 

Adadakı hansı obyektlərin hücuma məruz qaldığı açıqlanmayıb.

Qeyd edək ki, İranın hasil etdiyi neftin 90%-ni bu ada vasitəsilə ixrac etdiyi bildirilir. 

Onu da xatırladaq ki, ABŞ bundan əvvəl də adaya zərbə endirmişdi. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu zaman yaydığı açıqlamada Xarq adasına genişmiqyaslı dəqiq zərbələr nəticəsində dəniz mina anbarlarının, raket saxlama bunkerlərinin və digər mühüm hərbi obyektlərin məhv edildiyini bildirib. CENTCOM hərbi əməliyyat zamanı adadakı neft infrastrukturuna zərər dəymədiyini xüsusi vurğulamışdı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.