
“gece.ws” xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.
Nəşrin məlumatına görə, qırıcının iki ekipaj üzvünün katapult etməsi İran və ABŞ-nin amerikalı pilotların axtarışında yarışa çıxmasına səbəb olub.
Qeyd edək ki, ötən gün İran Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə səmasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-35 Lightning II” qırıcı təyyarəsinin vurulduğunu iddia edib.
Amerikalı rəsmilər isə vurulan təyyarənin “F-15E Strike Eagle” olduğunu təsdiqləyib. ABŞ mediası iki pilotdan birinin xilas edildiyini bildirib. Təyyarənin Böyük Britaniyada yerləşən “Lakenheath” Hava Bazasına aid olduğu qeyd edilir.