
“gece.ws” xəbər verir ki, bu barədə “Itamilradar” portalı məlumat yayıb.
ABŞ qırıcılarının Böyük Britaniyada yerləşən Leykenhit hava bazasından Yaxın Şərqə köçürüldüyü bildirilir.
Bu köçürmənin miqyası İranla münasibətlərdə artan gərginlik fonunda ABŞ-nin bölgədəki hərbi potensialının kəskin artırılmasından xəbər verir.
Yeni təyyarələrin gəlişi ilə ABŞ-nin Yaxın Şərqdəki təyyarələrinin sayı artıq 30 ədəd “F-35A” qırıcısına, iki eskadrilya “F-15E Strike Eagle” qırıcısına (24 təyyarə) və bir eskadrilya “A-10 Thunderbolt II” hücum təyyarəsinə (12 təyyarə) çatıb.
Daha əvvəl Ərəbistan dənizinə göndərilmiş “USS Abraham Lincoln” daşıyıcı zərbə qrupunun tərkibinə bir eskadrilya “F-35C Lightning II” qırıcısı və üç eskadrilya “F/A-18E/F Super Hornet” qırıcısı daxildir. Hər eskadrilyanın tərkibində təxminən 12 təyyarənin olduğu bildirilir.