Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.10.2026 | 03:19 | Baxılıb: 1458
“ABŞ-nin heç bir hücumu cavabsız qalmayacaq”.

“gece.ws” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkə hesabında yazıb.

Əraqçi açıqlamasında ABŞ-nin hərbi təzyiqlərlə İranın iradəsini sınağa çəkməyə çalışdığını qeyd edib.

“Döyüş meydanındakı uğursuzluqlarına baxmayaraq, ABŞ qətiyyətimizi sınamaq qərarına gəlib. Güclü silahlı qüvvələrimiz heç bir hücumu və ya təhdidi cavabsız qoymayacaq”, – deyə iranlı nazir vurğulayıb.

O, həmçinin ABŞ-yə açıq xəbərdarlıq edib: “Təhlükəsizlikdə olmaq istəyirsinizsə, bölgəmizi tərk edin”.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ABŞ-yə məxsus “Apache” hücum helikopterini vurmasını əsas gətirərək, buna cavab olaraq İrana qarşı hərbi əməliyyatlara başladığını açıqlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.