Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Adəm Məmmədov həbsdə qaldı - “Zon”a köçürüləcək
 
						Adəm Məmmədov həbsdə qaldı 
							 - “Zon”a köçürüləcək
Əlavə olunub: 07.16.2025 | 18:29 | Baxılıb: 5086
Təhqir və böhtan ittihamları ilə həbs edilmiş tanınmış vəkil Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədovun apellyasiya şikayətinə baxılıb.

“gece.ws"in əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda qərar açıqlanıb.

Məhkəmə Adəm Məmmədov və qardaşına verilmiş cəzanı qanuni hesab edərək hökmün qüvvədə saxlanılmasına qərar verib. Bununla hökm qanunu qüvvəyə minmiş hesab olunur. Adəm Məmmədov yaxın günlərdə cəzasının qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinə köçürülməlidir.

Qeyd edək ki, Adəm Məmmədov və Xəyyam Məmmədov birgə rəhbərlik etdikləri saytda tanınmış vəkil Ceyhun Yusifovu ağır cinayətdə ittiham etmişdilər.C. Yusifovun xüsusi ittiham qaydasında məhkəməyə müraciəti əsasında Adəm Məmmədov 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun qardaşı Xəyyam Məmmədova isə 1 il müddətinə islah işləri cəzası verilib. Məlum qalmaqaldan sonra Vəkillər Kollegiyasının Rəyasət Heyyətinin qərarı ilə A.Məmmədovun vəkillik fəaliyyəti də dayandırılmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.