Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
AFFA-dan “Sabah”ın məşqçisinə 5 oyunluq cəza
 
						AFFA-dan “Sabah”ın məşqçisinə 5 oyunluq cəza
Əlavə olunub: 04.03.2025 | 13:26 | Baxılıb: 1975
AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları barədə qərarlarını açıqlayıb.

“gece.ws” xəbər verir ki, “Qarabağ”la oyunda 4 futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” 700 manat cərimələnib.

“Sabah”la görüşdə azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə, “Neftçi” 1500 manat ziyana düşüb. Qarşılaşmanın 90+3-cü dəqiqəsində “Sabah”ın məşqçisi Aleksey Antonyuk hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu üzdən o, 3 oyun şərti olmaqla 5 matçlıq cəzalanıb, klubu 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.