“gece.ws” xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.
Qərarda qeyd edilib, 2-ci liqanın 19-cu turunun “Ağdaş”la oyunu bitdikdən sonra “Hypers Quba”nın prezidenti Ayaz Abdullayev hakimi təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyunluq cəzalandırılıb. “Hypers Quba” 400 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.
Həmçinin eyni görüş başa çatdıqdan sonra “Hypers Quba”nın məşqçisi Rəsul Babazadə meydana daxil olaraq hakimi hədələyib. O, bu səbəbdən 2 oyun cəzalandırılıb. Klub isə 100 manat cərimə edilib.
Bundan əlavə, həmin oyunda “Hypers Quba”nın futbolçularından Baxşəli Baxşəliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq, Xaqan Məmmədov isə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 matçlıq cəzalandırılıb.
Qeyd edək ki, “Haypers Quba” – “Ağdaş” görüşü 3:3 hesabı ilə yekunlaşıb.