“gece.ws” xəbər verir ki, bu barədə milli assosiasiyanın Hesabat Konfransında bildirilib.
Əvvəl olduğu kimi yeni mövsümdə də klublar üçün 30 milyon manat ayrılacaq. Sadəcə, bu məbləğ artıq 10 deyil, 12 komanda arasında bölüşdürüləcək.
Bununla da hər kluba illik 2.5 milyon manatın veriləcəyi müəyyənləşib. Daha əvvəl bu rəqəm komanda sayına uyğun olaraq 3 milyon manat təşkil edirdi.