Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.29.2026 | 15:56 | Baxılıb: 2027
AFFA İntizam Komitəsinin Azərbaycan kubokunun yarımfinalında keçirilən görüşlərlə bağlı cəzaları açıqlamaması maraq doğurur. 

“gece.ws” xəbər verir ki, komitə yarımfinallardan sonra baş tutan Misli Premyer Liqasının 29-cu turunda baş verənlərlə bağlı qərarlarını bu gün açıqlayıb. 

Lakin yarımfinalla bağlı məsələlərə isə hələ də aydınlıq gəlməyib. Bu məqam isə qaranlıq olaraq qalır. Adətən komitə kubokdan 1 və ya 2 gün sonra bütün qərarları açıqlayırdı. 

AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov matçla bağlı araşdırmalar getdiyini dedi: “Bu matç barədə araşdırmalar bitdikdən sonra qərarlar çıxacaq. Epizodlar fərqli olduğundan ümumi araşdırma gedir”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.