“gece.ws” xəbər verir ki, həm sosial şəbəkələrdə, həm mediada müxtəlif rəqəmlər səsləndirilir.
Təcrübəli mütəxəssisin millimizin “sükanı arxası”ndan ayrılmasına görə, 1, 1,5, 2 milyon məbləğində təzminat aldığı deyilir.
AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov bu məlumatı təkzib edib: “Bu xəbərlər yalandır”.
Əldə etdiyimiz məlumata görə, Fernandu Santuş Azərbaycandan gedərkən AFFA-dan heç bir təzminat almayıb.
Lakin təzminatla bağlı məsələ hələ də açıq qalır. Santuşun meneceri bununla bağlı danışmaq üçün Azərbaycana gələcək. Onun AFFA ilə danışıqlarından sonra isə hansı məbləğdə təzminat ödəniləcəyi bəlli olacaq.
Federasiya da hazırda məsələyə xitam vermək üçün portuqaliyalı məşqçinin menecerini gözləyir.