Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
AFFA “Səbail”in şikayətini təmin etmədi
 
						AFFA “Səbail”in şikayətini təmin etmədi
Əlavə olunub: 04.04.2025 | 17:51 | Baxılıb: 1053
“Səbail”in futbolçusu Süleyman Alluş ilə bağlı apellyasiya şikayəti təmin edilməyib.

“gece.ws” xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin hücumçu ilə bağlı 4 oyunluq cəza və 3000 manat cərimə qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Süleyman Alluş Misli Premyer Liqasının XXVI turunun “Zirə” ilə oyununda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.