Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.26.2026 | 12:23 | Baxılıb: 1037
Ağcabədidə 4 otaqlı ev yanıb.

“gece.ws” xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Yanğın qəsəbə sakini Solmaz Namazovaya məxsus evdə baş verib. Hadisə nəticəsində evin 3 otağı əşyaları ilə birlikdə yanaraq kül olub.

Hadisə yerinə FHN-in yerli şöbəsinin əməkdaşları cəlb olunub.

Yanğına elektrik xəttində baş verən qısaqapanmanın səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.