Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.20.2026 | 22:22 | Baxılıb: 2359
Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws"in məlumatına görə, qəza rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini Gündüz Süleymanovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olarkən “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində sürücü Gündüz Süleymanov hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişinlər — 2006-cı il təvəllüdlü Aysel Səlimova, 1973-cü il təvəllüdlü Yalçın Əhmədov ağır bədən xəsarətləri alıb.

Yaralılar təcili olaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

***

Qəzada həyatını itirən G. Süleymanov iki uşaq atası olub. Onun avtomobilini yeni aldığı bildirilir. 

Ziya Əmirxanlı





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.