
“gece.ws” xəbər verir ki, yanğın rayonun Papravənd kəndi ərazisində minalanmış açıq ərazidə başlayıb.
20 hektara yaxın ərazini əhatə edən yanğına Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdam yanğınsöndürmə bölməsinin 2 avtomobili, Ağdərə rayonun 1 avtomobili və şəxsi heyəti cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Xatırladaq ki, ötən gün rayonun Çıraqlı kəndində də yanğın baş verib.
Ziya Əmirxanlı