Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.14.2026 | 09:03 | Baxılıb: 2258
Ağdam rayonunda mağazaya düşən ildırım yanğına səbəb olub.

“gece.ws” xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Belə ki, ildırım kənd sakini Fikrət İbadova məxsus mağazaya düşüb və yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

Yanğının yaxınlıqdakı evə keçməsinin qarşısı alınıb.

Hazırda yanğının söndürülməsi üçün lazımi tədbirlər görülür.

***
Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən söndürülüb.

Ziya Əmirxanlı







Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.