Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.08.2026 | 14:43 | Baxılıb: 1787
Ağdamın işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində yanğın başlayıb.

“gece.ws” xəbər verir ki, yanğın kənd ərazisindəki açıq sahədə qeydə alınıb.

Alov qısa müddətdə geniş əraziyə yayılıb. Hadisə ilə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi və alovun daha geniş ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Yanğının başvermə səbəbi və dəymiş ziyanın həcmi hələlik məlum deyil.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.