Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.26.2025 | 09:40 | Baxılıb: 1980
Ağdaşda iki yük maşını toqquşub.

“gece.ws"in xəbərinə görə, yol-nəqliyyat hadisəsi bu gün saat 06 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “Kamaz” və “Qazel” markalı yük avtomobilləri toqquşub.

Nəticədə “Qazel”in sürücüsü, 30 yaşlı Eldar Tağıyev və sərnişini - 38 yaşlı Rauf Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.