“gece.ws” xəbər verir ki, bu gün saat 16 radələrində Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonunun Soltannuxa kəndi ərazisindən keçən hissəsində “Opel” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə nəqliyyat vasitəsinin sürücüsü, 34 yaşlı Polad Ağababayev xəsarət alıb, avtomobildə olan oğlu, 11 yaşlı Z.Ağababayev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavabda bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.