Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.12.2026 | 16:52 | Baxılıb: 1226
Ağdaş heyvan satışı bazarı yenidən fəaliyyətə başlayıb.

“gece.ws” xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, qurumun qiymətləndirilməsindən sonra bazar müasir baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun yenidən təşkil olunub.

Qeyd edək ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Sabirabad, Xaçmaz rayonlarında və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları fəaliyyətə başlayıb.

Xatırladaq ki, Ağdaş heyvan satışı bazarı 2024-cü ildə bağlanmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.