Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.13.2026 | 09:48 | Baxılıb: 2586
Xəbər verdiyimiz kimi, dünən Sabirabadda 1 nəfərin ölümü, 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“gece.ws"in məlumatına görə, Qaragüney kəndində baş verən zəncirvari qəzada 48 yaşlı İbrahim Səxavət oğlu Qurbanov həlak olub.

Qeyd edək ki, hadisə zamanı “Mercedes Vito” markalı mikroavtobus “VAZ 2109”, “Opel” və “Qazel” markalı avtomobillərlə toqquşub. Nəticədə, “VAZ”ın sürücüsü İ.Qurbanov hadisə yerində ölüb.

Səkkiz nəfər (5-i kişi, 3-ü qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.