Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.30.2025 | 10:06 | Baxılıb: 1326
Dünən axşam saatlarında Ağstafa rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.

“gece.ws” xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində yerləşən kafedə qeydə alınıb.

Kafenin icarədarı 1982-ci il təvəllüdlü Esmira Kiçikova iş yerində bıçaq xəsarətləri alıb. O, Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Polisin keçirdiyi tədbirlər nəticəsində E.Kiçikovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Qazax rayon sakini 30 yaşlı Elmin Qocayev saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.