Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.27.2026 | 19:53 | Baxılıb: 5136
Martın 23-də Ağsu rayonunun Muradlı kəndi ərazisində əkin sahəsində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb. 

“gece.ws” xəbər verir ki, meyitin rayon sakini Zahirə Şükürovaya məxsus olması müəyyən edilib. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxslər – 1977-ci il təvəllüdlü Əyyub Sahabov və 1977-ci il təvəllüdlü Seymur Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxslər zərərçəkmişlə aralarında yaranmış mübahisə zəminində ona qarşı zor tətbiq edərək qətlə yetiriblər. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.