Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.04.2026 | 17:45 | Baxılıb: 1009
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. 

“gece.ws” xəbər verir ki, bu barədə Avropa Komissiyasının Mətbuat xidməti məlumat yayıb. 

Söhbət zamanı Rusiyanın Ermənistandan bir sıra məhsulların idxalına məhdudiyyət tətbiq etməsi müzakirə olunub. Avropa Komissiyasının sədri Moskvanın bu addımlarını “iqtisadi məcburetmə” adlandırıb və bunun qəbuledilməz olduğunu vurğulayıb.

“Ermənistandan məhsulların idxalına məhdudiyyətləri genişləndirməklə, Moskva siyasi təzyiq göstərmək üçün iqtisadi münasibətlərdən silah kimi istifadə edir. Bu yanaşma bizə çox yaxşı tanışdır. Məhz buna görə Avropa Ermənistanı qətiyyətlə dəstəkləyir”, - Ursula fon der Lyayen deyib.

Avropa Komissiyasının rəhbəri Aİ tərəfindən Ermənistana 50 milyon avrodan çox məbləğdə maliyyə yardımını əhatə edən dəstək paketi ayrılacağını bəyan edib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.