Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Aİ və Çin də Zəngəzur dəhlizinin autsorsinqində maraqlıdır”
 
						“Aİ və Çin də Zəngəzur dəhlizinin autsorsinqində maraqlıdır”
Əlavə olunub: 07.16.2025 | 15:52 | Baxılıb: 1708
“Sünikdə yolun (Zəngəzur dəhlizi - red.) autsorsinqində təkcə ABŞ deyil, həm də Aİ maraqlıdır”.

“gece.ws” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistan ABŞ və Aİ-nin marağında maraqlıdır.

“Hazırda Amerikanın təklifi müzakirə olunur. Biz bununla maraqlanırıq. Hələlik razılaşma yoxdur, amma ola bilər. Çin də maraqlıdır”, - deyə o əlavə edib.

Xatırladaq ki, bir neçə gün əvvəl “Middle East Eye”da ABŞ-nin Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməsi ilə bağlı məlumat yayılıb. Bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda keçirilən brifinq zamanı danışıb. O, hər iki tərəfin - Azərbaycan və Ermənistanın dəhlizlə bağlı müxtəlif təkliflər etdiyini bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.