
“gece.ws” xəbər verir ki, hökumət başçısı həmin telefon danışığını feysbuk səhifəsində paylaşıb:
“Salam, ana! Mənim üçün narahat olma, yaxşıyam. Əlbəttə ki, axşamlar, adətən, çox yorğun oluram, çox işləyirəm, ana. Amma narahat olma, hər şeyi mən həll edəcəyəm, bilirsən”.
Xatırladaq ki, sabiq general Omelçenko Orbanın ailəsini, övladlarını və nəvələrini açıq şəkildə hədələyərək, SBU-nun onun harada yatdığına qədər hər addımından xəbərdar olduğunu iddia edib. Buna cavab olaraq Orban “Hər şeyin bir həddi var” deyərək, ailəsinə yönələn bu təhdidləri qəbuledilməz adlandırıb.