
“gece.ws"in xəbərinə görə, o, “Dolu TV”də yayımlanan proqramda bildirib ki, son dövrlər layihələrdə istedaddan çox sosial media populyarlığına üstünlük verilir.
Aktyor qeyd edib ki, bu yanaşmanın şahidi şəxsən özü də olub: “Çəkiliş meydanında tez-tez “Onun daha çox instaqram izləyicisi var, onu seçək” kimi yanaşmalarla rastlaşmışam”.
Cindoruk bu tendensiyanı düzgün hesab etmədiyini vurğulayaraq bildirib ki, aktyor seçimində əsas meyar istedad olmalıdır: “Ən çox izləyicisi olanı deyil, ən yaxşı aktyoru seçməliyik”.
Aktyor tamaşaçıların yalnız məşhur simalara maraq göstərdiyi fikri ilə razılaşmadığını deyib. Onun sözlərinə görə, izləyicilər artıq keyfiyyətli hekayələrə üstünlük verir: “İnsanlar ulduzlardan bezib. Onlar yaxşı hekayələr izləmək istəyirlər”.
Cindoruk əlavə edib ki, sənayedə tez-tez səsləndirilən “tamaşaçı bunu istəyir” arqumenti reallığı əks etdirmir: “Bu yanaşma tamaşaçını düzgün qiymətləndirməməkdir”.