
“gece.ws"in məlumatına görə, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi sosial şəbəkə hesablarında görüntülər paylaşıb.
Görüntülərdə “Ümid” körpüsündə Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqlal Marşı ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi öz əksini tapıb.
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahından hərəkətə başlayan bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə – Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.