Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.30.2025 | 14:06 | Baxılıb: 2955
Bu gün Ukraynanın Lvov şəhərində baş verən atışma nəticəsində Ali Radanın eks-spikeri Andrey Parubiy öldürülüb. 

“gece.ws” xəbər verir ki, bu barədə “Suspilne” nəşri məlumat yayıb. 

Yerli hüquq-mühafizə orqanları şəhərdə atışma olduğunu təsdiqləyib və bildirilib ki, hazırda siyasi xadimin qətlinin səbəbləri araşdırılır. 

Qeyd olunub ki, atışma bu gün günorta saatlarında baş verib. Aldığı xəsarətlər nəticəsində 1971-ci il təvəllüdlü zərərçəkmiş yerindəcə keçinib. Atəş açan şəxsin kimliyi məlum deyil.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.