Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.25.2026 | 21:10 | Baxılıb: 1147
“Milan” baş məşqçisi Massimiliano Alleqri ilə yollarını rəsmən ayırıb.

“gece.ws” xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb.

Məlumata görə, 58 yaşlı təcrübəli mütəxəssisin istefasına komandanın 2025/2026-cı illər mövsümündə nümayiş etdirdiyi zəif və uğursuz nəticələr səbəb olub.

Belə ki, “rossoneri” İtaliya A Seriyasını 5-ci pillədə başa vurub. Bu nəticə ilə komanda azarkeşlərini məyus edərək gələn mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq şansını itirib.

Qeyd edək ki, M. Alleqri 2025-ci ilin may ayında “Milan”ın sükanı arxasına gətirilmişdi. Lakin onun komandadakı ikinci dönəmi cəmi bir il çəkib və uğursuzluqla yekunlaşıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.