Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.21.2026 | 11:04 | Baxılıb: 889
Almaniyanın Azərbaycana təyin edilən yeni səfiri Dirk Lölke Bakıya gəlib.

“gece.ws” xəbər verir ki, bu barədə məlumatı Almaniyanın ölkəmizdəki səfirliyi sosial şəbəkə hesablarında açıqlayıb.

“Qarşıdan gələn illərdə Almaniya-Azərbaycan münasibətlərini daha da gücləndirməyə, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə həvəslə gözləyirəm”, - deyə bu gün Bakıda fəaliyyətinə başlayan səfir bildirib.

Xatırladaq ki, D.Lölke bu postda Azərbaycanda diplomatik fəaliyyəti başa çatan Ralf Horlemannı əvəz edib. 



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.