
“gece.ws” xəbər verir ki, turnirin iddialı komandalarından olan Almaniya millisi bu gecə qrupdakı üçüncü və sonuncu oyununa çıxacaq.
“Bundestim” növbəti mərhələ sınağında Cənubi Amerika təmsilçisi Ekvador kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Qeyd edək ki, Almaniya yığması qrupda keçirdiyi ilk iki oyunda uğurlu nəticə qazanaraq pley-offa (1/16 finala) vəsiqəni vaxtından əvvəl təmin edib. Bugecəki oyun isə qrup liderinin kimliyini müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır.
Dünya çempionatı
Qrup mərhələsi, üçüncü tur
00:00. Ekvador - Almaniya
***
Matç başladı.
***
2-ci dəqiqədə Leroy Sane fərqlənir.
***
9-cu dəqiqədə Nilson Anqulo hesabı bərabərləşdirir.
***
Fasilə.
***
İkinci hissə başladı.
***
78-ci dəqiqədə Qonzalo Plata komandasını önə çıxarır.
***
Matç Ekvadorun 2:1 hesablı qələbəsi ilə başa çatır.