Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.26.2026 | 07:41 | Baxılıb: 1739
2026-cı il Dünya Çempionatında Paraqvay – Avstraliya matçının ilk hissəsində qorxulu anlar yaşanıb.

“gece.ws” xəbər verir ki, Avstraliya millisinin yarımmüdafiəçisi Konnor Metkalf mübarizə zamanı rəqib futbolçunun ayağından çıxan butsun üzünə dəyməsi nəticəsində alnından xəsarət alıb.

Zərbədən sonra futbolçunun alnında qanaxma başlayıb və tibbi heyət dərhal meydana daxil olub.

İlkin tibbi yardım göstərildikdən sonra Metkalfın yarası sarınıb və o, başına sarğı ilə yenidən meydana qayıdaraq oyunu davam etdirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.