Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.06.2025 | 13:57 | Baxılıb: 1190
Bərdə rayonunun Alpoud kəndində yeni məktəb binası inşa edilib.

“gece.ws” xəbər verir ki, inşa olunan 264 şagird yerlik binasında müasir, təhlükəsiz və standartlara uyğun təhsil mühiti formalaşdırılıb.

Layihə çərçivəsində zəruri infrastruktur tam yenilənib və müasir standartlara uyğunlaşdırılıb. Tədris prosesinin yüksək səviyyədə təşkili üçün məktəbdə 11 sinif otağı, məktəbəhazırlıq otağı, 2 laboratoriya, 2 əmək otağı, informatika və çağırışaqədərki hazırlıq kabinetləri, həmçinin kitabxana və oxu zalı fəaliyyət göstərir.

Şagirdlərin inkişafına yönəlmiş infrastruktur çərçivəsində yeməkxana, akt və idman zalı da istifadəyə verilib. Məktəbin bütün otaqları müasir avadanlıqla təmin olunub, tədris və təhlükəsizlik standartlarına uyğun mühəndis-kommunikasiya sistemləri quraşdırılıb.

Məktəbin həyətyanı sahəsində abadlıq işləri görülüb, idman meydançaları və yaşıllıq əraziləri salınıb.

Layihənin icrasının əsas məqsədi Alpoud kəndində təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin müasir şəraitdə təhsil alması və müəllim heyətinin daha səmərəli fəaliyyətidir.








Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.