Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.08.2026 | 11:44 | Baxılıb: 2037
Güclü yağış Altıağac yolunu yararsız hala salıb.

“gece.ws” Shimal.News-a istinadən xəbər verir ki, ölkə ərazisində yağan güclü yağışlar nəticəsində Xızıda yerləşən Altıağac Milli Parkına gedən asfalt yol ciddi zədələnib.

Yol örtüyündə böyük çatlar, çökmələr və deformasiyalar yaranıb.

Yolun bəzi hissələrində təhlükəli vəziyyət formalaşıb. Yerli sakinlərin və bölgəyə səfər edənlərin sözlərinə görə, yağıntılar torpaq sürüşmələri və yol əsasının dağılması ilə nəticələnib.

Məsələ ilə bağlı aidiyyəti qurumların vəziyyəti qiymətləndirəcəyi və bərpa işlərinin aparılacağı gözlənilir.

Qeyd edək ki, Altıağac Milli Parkı bölgənin turizm və ekoturizm baxımından əhəmiyyətli istiqamətlərindən biri hesab olunur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.