Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.01.2026 | 00:15 | Baxılıb: 5345
Yeni mövsümü maraqla gözlənilən seriallardan olan “Uzak Şehir”in heyətinə yeni aktyor daxil olub.

“gece.ws” xəbər verir ki, bununla bağlı şou yazarı Birsen Altuntaş məlumat yayıb.

Bildirilib ki, yeni mövsümdə “Alya”nın ilk sevgisi kimi “Enver” obrazı təqdim ediləcək.

Məlumata görə, həmin obrazı aktyor Onur Özaydın canlandıracaq.

Qeyd olunub ki, “Enver” Budapeştdə yaşayan nüfuzlu restoran sahibidir və o, özünəinamlı, xarizmatik bir şəxsiyyət kimi göstəriləcək.

Serialın Budapeştdə keçiriləcək çəkilişlərinin isə 15-20 avqust tarixləri arasında aparılması planlaşdırılır.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.