Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.02.2026 | 17:52 | Baxılıb: 1626
Tanınmış Hollivud aktyoru Denni Qlover Alzheimer xəstəliyindən əziyyət çəkir.

“gece.ws” xəbər verir ki, aktyor bu barədə NBC-nin “Today” verilişində açıqlama verib.

“Diaqnoz 2022-ci ildə fəxri “Oskar” mükafatını aldıqdan qısa müddət sonra qoyulub. Xəstəlik irəlilədikcə həyatım tədricən dəyişir. Mən müəyyən mənada bununla yaşaya bilərəm. Həyatımın sonu olduğunu hiss etmirəm. Görüləcək işlər var və həyat davam edir”, - deyə o bildirib.

Qeyd edək ki, 79 yaşlı amerikalı aktyor daha əvvəl “Lethan Weapon”, “The Colour Purple”, “Shooter” kimi ekran işlərində rol alıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.