Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.11.2025 | 00:15 | Baxılıb: 10374
Amerikalı siyasətçi və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk Yuta Universitetində çıxışı zamanı güllələnib.

“gece.ws” xarici KİV-ə istinadən xəbər verir ki, o, boyun nahiyəsindən güllə yarası alıb.

Kirkin sağ qalıb-qalmadığına dair rəsmi açıqlama yoxdur. 

Hadisədən dərhal sonra ABŞ lideri Donald Tramp amerikalıları Kirkin sağlamlığı üçün dua etməyə çağırıb.

İlkin ehtimala görə, mühafizəkar fəal Çarli Kirkə qarşı sui-qəsd edən şəxs Yuta Demokratik Partiyasının üzvü Maykl Mallinsondur. Bu məlumat hələ rəsmi təsdiq olunmayıb.

***

ABŞ lideri Donald Tramp “Truth Social” hesabında Çarli Kirkin sui-qəsd nəticəsində öldüyünü yazıb.

Tramp onu “böyük” və “əfsanəvi” adlandırıb:

“Heç kim ABŞ-nin gənclərini Çarlidən daha yaxşı başa düşmədi və empatiya qurmadı”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.