Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.10.2026 | 17:53 | Baxılıb: 2420
Hazırda həbsdə olan Azərbaycan Yüksəliş Partiyasının (red.-ləğv edilib) sədri Anar Əsədli vəkillərindən imtina edib.

“gece.ws” xəbər verir ki, bu barədə onun feysbuk səhifəsində paylaşım edilib. A.Əsədlinin vəkilləri Zibeydə Sadıqova və Hikmət Əliyevin xidmətindən imtina etməsinin səbəbi açıqlanmayıb.

“Yeni vəkillə müqavilə bağlandıqdan sonra bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə qeyd edilib.

Qeyd edək ki, Anar Əsədli barəsində 4 il əvvəl külli miqdarda dələduzluq maddəsi ilə başlanmış cinayət işi ötən ilin payızında Baş Prokurorluq tərəfindən yenilənib. İş baxılması üçün məhkəməyə göndərilmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.