
“gece.ws” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, A.Əsədli külli miqdarda dələduzluqda təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, məhkəmə gedişində barəsində həbs qətimkan tədbiri seçilib.
Sail Ağasəlim