Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.01.2025 | 14:53 | Baxılıb: 1039
YAP-çı millət vəkili Anar Məmmədov Tərtər rayonu Qaynaq kəndində vətəndaşları qəbul edib.

“gece.ws” xəbər verir ki, qəbulda Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Tərtər rayon təşkilatının məsul əməkdaşı və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Qaynaq kənd orta məktəbinin inzibati binasında keçirilən qəbul zamanı Anar Məmmədov vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib, müraciətlərin həlli ilə bağlı zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

Millət vəkilinin səlahiyyətləri çərçivəsinə aid digər müraciətlərin isə araşdırılaraq operativ həll olunması və zəruri tədbirlərin görülməsi barədə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.








Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.