Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.24.2026 | 15:37 | Baxılıb: 5289
Fransa millisinin baş məşqçisi Didye Deşam anasının vəfatı səbəbindən ölkəsinə yollanıb.

“gece.ws” xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis DÇ-2026-nın qrup mərhələsinin son turunda Norveçlə keçiriləcək oyunda komandasının yanında ola bilməyəcək.

Fransa və Norveç milliləri I qrupda mübarizə aparır və hər iki komanda 6 xal toplayaraq artıq pley-off mərhələsinə vəsiqəni təmin edib. Qrup liderliyi üçün Fransaya son turda məğlub olmamaq kifayətdir.

57 yaşlı Didye Deşam 2012-ci ildən Fransa millisinin baş məşqçisidir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.