Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Andradedən mövsümün üçüncü rekordu
 
						Andradedən mövsümün üçüncü rekordu
Əlavə olunub: 04.12.2025 | 12:27 | Baxılıb: 1278
Azərbaycan Premyer Liqasında mövsümün 3-cü het-triki qeydə alınıb.

“gece.ws” xəbər verir ki, "Qarabağ"ın futbolçusu Leandro Andrade XXX turun “Səbail”lə görüşündə 3 qola imza atıb.

Portuqaliyalı yarımmüdafiəçiyə qədər yalnız Davit Volkov het-trik müəllifi olub. “Zirə”nin hücumçusu I turda “Səbail”, XV turda “Sumqayıt”ın qapısına 3 dəfə yol tapıb. Maraqlıdır ki, het-trik qeydə alınan hər üç qarşılaşma 4:1 hesabı ilə başa çatıb.

Volkovun 3 qol vurduğu matçlar ev oyunları olub və 2024-cü ilə təsadüf edib. Andrade cari mövsümdə səfərdə het-trik edən ilk oyunçudur. O, həm də 2025-ci ildə bunu bacaran ilk futbolçu olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.