Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.23.2026 | 19:05 | Baxılıb: 2014
Ankarada platforması açıq vəziyyətdə hərəkət edən yük maşınının piyada keçidinə çırpılması nəticəsində körpü tamamilə uçub. 

“gece.ws” NTV-yə istinadla xəbər verir ki, dəhşətli qəza zamanı arxadan gələn iki nəqliyyat vasitəsinin də yük maşını ilə toqquşması nəticəsində 3 nəfər yaralanıb.

Məlumata görə, hərəkətdə olan yük avtomobilinin platforması qəfildən açılmağa başlayıb. Ətrafdakı digər sürücülərin siqnal verərək etdiyi xəbərdarlıqlara məhəl qoymayan sürücü yüksək sürətlə yolun üzərindəki piyada keçidinə çırpılıb. Zərbənin gücündən üst keçid yola aşıb. Bu zaman yoldan keçən mikroavtobus və minik avtomobili də dağıntılar altında qalıb.

Hadisə yerinə çoxlu sayda polis, təcili yardım, AFAD və xilasetmə qrupları cəlb edilib. Avtomobillərdə olan və yüngül xəsarət alan 3 yaralı ilkin tibbi yardımdan sonra xəstəxanayaa aparılıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.