
“gece.ws” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Ankara Polis İdarəsinin rəis müavini Arif Hakan Tandoğan bildirib.
Onun sözlərinə görə, zirvə zamanı 49 min polis və 7 minə yaxın jandarm olmaqla ümumilikdə təxminən 56 min təhlükəsizlik əməkdaşı xidmət aparacaq.
Tandoğan bildirib ki, indiyədək 900-ə yaxın yoxlama keçirilib, liderlərin qalacağı və tədbirlərin keçiriləcəyi ərazilərdə təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Bütün proses xüsusi yaradılmış böhran mərkəzlərindən və süni intellekt dəstəkli müşahidə sistemləri vasitəsilə izlənəcək.
O qeyd edib ki, şəhərdə həyat adi qaydada davam edəcək. Yalnız dövlət başçılarının kortejləri hərəkət edən zaman bəzi yollar qısa müddətə bağlanacaq və nəqliyyat alternativ marşrutlara yönləndiriləcək.