Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.23.2026 | 10:50 | Baxılıb: 18275
“TikTok”da televiziya aparıcısı Könül Muxtarovanı təhqir edən kişi inzibati qaydada cəzalandırılıb.

“gece.ws"in əldə etdiyi məlumata görə, aparıcının müsahibəsinə rəy yazmaq 50 yaşlı sosial şəbəkə istifadəçisi S.Göyüşova baha başa gəlib.

Belə ki, K.Muxtarova müsahibələrindən birində toyda aparıcılıq etdiyi 6 saata görə qazandığı pulun televiziyadakı aylıq maaşının 3 qatından çox olduğunu deyib. İstifadəçi həmin paylaşıma “Tamada və manıslara dəyərindən çox pul vermək qudurmuşların əməlidir. Ona görə də bunlar daha çox qudururlar”, - rəyini yazıb.

Aparıcının sözlərinə görə, həmin şərh ona və ailə üzvlərinə pis təsir edib, bu səbəbdən polisə şikayət etmək qərarına gəlib. Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. 

Barəsində şikayət edilən şəxs isə məhkəmədə geri çəkilib. O, həmin sözlərin qadına aid edilmədiyini, əgər xanım bunu özünə qarşı təhqir hesab edibsə, üzr istəməyə hazır olduğunu deyib. Yekun olaraq isə inzibati xəta haqda şikayətə xitam verilməsini xahiş edib.

Xəbəri rus dilində oxuyun: 600 манатов за оскорбление в TikTok

Hakim tərəfləri dinlədikdən sonra aparıcının şikayətini əsaslı hesab edib. Qərara əsasən, Göyüşov inzibati xəta törətdiyi üçün 600 manat cərimələnib.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.